Şirkətlərə Qayıt

VTB Bank

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Korporativ müştərilərlə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

VTB Bank

Tam Ştat
Orta Səviyyə

Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması; Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi; Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək; Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak; Biznesin olduğu yerə baxış keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması; Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi; Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi; Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək; Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması; Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması; Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması; Departament üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası.