Satış Meneceri (Villa kirayəsi\Daşınmaz əmlak üzrə vasitəçi)
Sahə: Villaların günlük və aylıq kirayəsi
Vəzifə öhdəlikləri
Potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması;
Şirkətə məxsus villanın kirayə prosesinin təşkil olunması
Potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması;
Daşınmaz əmlakın kirayəsi üzrə menecerlə əlaqələrin qurulması və əməkdaşlığın təşkili
Daşınmaz əmlakın kirayəsi üzrə menecerlə vasitəsilə villanın kirayəyə verilməsi prosesinin idarə olunması
Müştərilərlə danışıqların aparılması və kirayə prosesinin koordinasiyası
Villa ilə bağlı elan və təqdimat materiallarının hazırlanması
Yeni villa və kirayə obyektlərinin tapılması, rayonlara ezamiyyətlər edərək uyğun villaların araşdırılması
Villa kirayəsi xidmətləri barədə müştərilərə ətraflı məlumatın verilməsi;
Müştərilərlə telefon, sosial şəbəkələr və digər kanallar vasitəsilə aktiv ünsiyyətin qurulması;
Müştəri sorğularının operativ cavablandırılması və rezervasiyaların təşkili;
Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və qorunması;
Yeni müştərilərin cəlb olunması üçün satış imkanlarının araşdırılması;
Satış prosesinin başlanğıcdan tamamlanmaya qədər idarə olunması;
Satış üzrə gündəlik və aylıq hesabatların hazırlanması;
Müştəri məmnuniyyətinin təmin olunması və xidmət keyfiyyətinin artırılmasına dəstək.
Namizədə dair tələblər
Ali və ya orta ixtisas təhsili;
Turizm, otelçilik, daşınmaz əmlak kirayəsi və ya müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür
Aktiv ünsiyyət və danışıqlar aparmaq bacarığı
Maklerlərlə əməkdaşlıq qurmaq bacarığı
Kompüter bilikləri (MS Office)
Məsuliyyətli və təşkilatçılıq bacarığı
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
Ünsiyyət qurmaq və müştərilərlə işləmək bacarığı;
Satış qabiliyyəti və nəticə yönümlülük;
Şirkət təklif edir
Rəsmi əmək müqaviləsi
Sabit maaş + yüksək satış faizi
Ezamiyyət xərclərinin qarşılanması
İş şəraiti
**İş qrafiki:**5\2 iş həftəsi, Saat 09:00-18:00 (İstirahət günləri: Şənbə və Bazar)
**Əmək haqqı:**400 Azn (+bonus)
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 010 230 80 10