Lazerli Beton Sərmə Texnikası üçün operator
İş növü: Tam iş günü
Yer: Abşeron, Xızı, və diğər rayonlar
2002-ci ildən Dramix (Belçika), Sika və BASF (Almanya və İsveçrə), Arfen (Türkiyə), Dupont Tyvek (ABŞ) və Ecolab Nalco Water (ABŞ) şirkətlərinin rəsmi tərəfdaşı olan Turquoise Group Azərbaycanın tikinti sektorunda iri layihələrə innovativ həllər təqdim etməkdədir. Hal-hazırda şirkət Lazerli Beton Sərmə Texnikası üçün operator (texnikanı istifadə edəcək mütəxəssis) axtarışındadır.
İşin öhdəlikləri:
İnşaat sahəsində yer betonu sərilməsi üçün lazerli beton sərmə texnikasını doğru formada istifadə etmək
İnşaat sahəsinin təhlükəsizlik (SƏTƏM) qaydalarına əksiksiz əməl etmək
Texnikanın texniki vəziyyətini göndəlik olaraq nəzarətdə saxlamaq
Texnikanın tələb olunan təmizlik işlərini (beton qalıqları, vs.-in təmizlənməsi) gündəlik olaraq icra etmək
Hərhansı nazazlıq hallarında dərhal sahə rəhbərinə məlumat vermək və nazazlığın aradan qaldırılmasında aktiv iştirak etmək
Planlı texniki baxışların (yağlama və s.) vaxtında həyata keçirilməsini nəzarətdə saxlamaq
Texnika haqqındakı biliklərini daim artırmaq