İş şəraiti
Əmək haqqı: 1300 AZN + (NET) (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq)
İş qrafiki: Tam ştat (I–VI günlər, 09:00 – 18:00)
Ünvan: Bakı şəhəri
İşin təsviri və öhdəliklər:
Klubun gündəlik inzibati və təşkilati fəaliyyətini idarə etmək
Məşq qrafiklərini, oyun və turnir tədbirlərini koordinasiya etmək
Komandanın (idmançılar, məşqçilər və heyət) bütün sənədləşmə, müqavilə və sığorta işlərini icra etmək
Yerli (AVF) və beynəlxalq (CEV, FIVB) federasiyalarla transfer, lisenziya və rəsmi yazışmaları idarə etmək
Xarici heyətin (legionerlərin) viza, miqrasiya sənədləşməsi və yaşayış ehtiyaclarını koordinasiya etmək
Ev və səfər oyunlarının, turnirlərin logistik və təşkilati (Matchday) hazırlıq işlərini görmək
Yerli və beynəlxalq tərəfdaşlarla əlaqələri saxlamaq, sənəd mübadiləsini aparmaq
Klubun media, sosial şəbəkə (PR) və marketinq fəaliyyətinin icrasına kömək etmək
Görülən işlər barədə klub rəhbərliyinə dövri hesabatlar təqdim etmək
Namizədə dair tələblər:
Ali təhsil
25 yaşdan yuxarı namizədlərə üstünlük veriləcək
Azərbaycan, Rus və İngilis dillərində səlis danışıq və peşəkar işgüzar yazı bacarığı (mütləqdir)
Sənədləşmə, kargüzarlıq və ya inzibati menecment sahəsində minimum 2 il iş təcrübəsi
MS Office proqramları (xüsusilə Word, Excel) ilə yüksək səviyyədə işləmək bacarığı
İşgüzar sənədləşmə standartlarını və müqavilə formalarını bilmək
Yüksək ünsiyyət, məsuliyyət və detallara diqqət yetirmək qabiliyyəti
Şirkət təklif edir:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
Dinamik və inkişaf edən idman mühitində karyera imkanı
Klubun uğurlarından asılı olaraq illik bonus sisteminə daxil olma
Maraqlanan namizədlərdən CV-lərini turanvolleyballclub@gmail.com , mammadyarmayilov@turanvk.az elektron ünvanlarına göndərmələri xahiş olunur.
Mövzu hissəsində mütləq “Klub Meneceri” qeyd edilməlidir.