Logistika üzrə mütəxəssis
Namizədə aid tələblər:
Ali təhsil (İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi,Nəqliyyat və Logistika üzrə);
Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
Microsoft Office proqramlarını bilməsi;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı;
Stressə davamlılıq;
Hesabat, təqdimat hazırlama bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
Xarici idxal-ixrac qanunvericiliyini bilməsi;
İdxal prosedurunu kifayət qədər bilməsi və daha çox Çindən daşınma ilə bağlı iş təcrübəsinin olması.
Əsas vəzifə və öhdəliklər:
Beynəlxalq Logistika xidmətinin satışı, təşkili və idarə edilməsi;
Beynəlxalq yüklərin daşınmasına nəzarət etmək və optimal nəqliyyat şirkətlərinin seçilməsini təmin etmək;
Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
Təchizatçılarla görüşmək;
Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı və s.) üçün müraciətin edilməsi;
Görülən işlərin hesabatının hazırlanması.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 3 ay;
İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
Əmək haqqı NET 1000 azn
Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Logistika üzrə mütəxəssis” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.