Korporativ satış mütəxəssisi
Vəzifə öhdəlikləri
Yeni müştərilərin cəlb edilməsi: Şirkətin strateji hədəflərinə uyğun olaraq yeni müştərilərin cəlb edilməsi və onların uzunmüddətli müştəri bazasına çevrilməsi istiqamətində fəaliyyət göstərmək.
Satış taktikalarının inkişafı: Hər bir xidmət kateqoriyası üzrə böyüməni təmin etmək məqsədilə səmərəli satış taktikalarının müəyyən edilməsi və uyğun fəaliyyət planlarının hazırlanaraq həyata keçirilməsi.
Marka mesajının çatdırılması: Hədəf kütləyə marka mesajının düzgün kommunikasiya vasitələri ilə çatdırılmasını təmin etmək.
Partnyorlarla iş: Partnyorlarla mütəmadi ünsiyyətin təmin edilməsi və onların məhsul seçimlərində dəstək göstərilməsi.
Satış fəaliyyətinin monitorinqi: Satış fəaliyyətlərinin effektivliyini izləmək, aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Müştəri xidmətlərinin inkişafı: Müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirmək.
Yeni bazar imkanlarının axtarışı: Satış sahəsinin inkişafı üçün daim yeni imkanlar axtarmaq və müvafiq istiqamətlər barədə rəhbərliyi məlumatlandırmaq.
Satış planının icrası: Satış planı və layihələrinin məhsuldarlığını izləmək və onları inkişaf etdirmək.