Middle Full Stack Developer
Studio 8 MMC 2016-cı ildən etibarən fəaliyyət göstərən, internet üzərindən AI əsaslı platformalar və rəqəmsal xidmətlər yaradan texnoloji şirkətdir. Şirkət fərdi və korporativ müştərilər üçün veb platformalar, CRM sistemləri, chatbotlar, avtomatlaşdırma və süni intellekt əsaslı həllər hazırlayır. Studio 8 MMC-yə məxsus layihələrə StarKidStories (fərdiləşdirilmiş uşaq kitabları və kreativ məhsullar), SmartDM.io (AI əsaslı mesajlaşma və satış avtomatlaşdırma platforması) və digər onlayn servis layihələri daxildir. Komandamız innovativ, sürətli inkişaf edən və real biznes problemlərini texnologiya ilə həll etməyə fokuslanan mühitdə çalışır. Hazırda komandamızı gücləndirmək üçün ofisdə tam ştat işləyəcək Full Stack Developer axtarırıq.