Qida istehsalı sahəsində fəaliyyət göstərən müəssisəmizə Qida mühəndisi vəzifəsi üzrə işçi tələb olunur.
Vəzifə öhdəlikləri
İstehsal proseslərinin texnoloji tələblərə uyğun təşkilinə və icrasına nəzarət etmək
Qida təhlükəsizliyi, sanitar və gigiyena normalarına əməl olunmasını təmin etmək
Xammalın, yarımfabrikatların və hazır məhsulun keyfiyyətinə nəzarət etmək
İstehsal prosesləri üzrə hesabatların və müvafiq sənədlərin hazırlanmasını təmin etmək
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək
Daxili nizam-intizam və təhlükəsizlik qaydalarına riayət etmək