Skygarden reklam agentliyi olaraq komandamıza nəticə yönümlü və böyümə ambisiyalı Satış Meneceri axtarırıq. Bu vəzifə yalnız zəng cavablayan deyil —lead tapmaqdan müqavilə bağlamağa qədər bütün satış prosesini idarə edən şəxslər üçündür.
Vəzifələr:
Potensial müştərilərin tapılması (B2B)
Aktiv outbound (zəng, LinkedIn, Instagram, email və s.)
Ehtiyac analizi və təqdimat
Təkliflərin hazırlanması
Müqavilənin bağlanması
CRM və hesabatlıq
Qazanc modeli (Performans əsaslı):
İlk 3 ay:
25% komissiya (ilk ödənişdən)
10% növbəti 2 ay recurring komissiya (Qazanc limiti yoxdur)
3 aydan sonra: 500 AZN sabit maaş
10–15% komissiya (ilk ödənişdən)
Yüksək performans göstərən əməkdaşla şərtlər yenidən nəzərdən keçirilə bilər.