Şirkətlərə Qayıt
Sika LLC

Sika LLC

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Sika LLC

SƏTƏM və Keyfiyyət təminatı mühəndisi

Sika LLC

Tam Ştat
Orta Səviyyə

Əsas vəzifə öhdəlikləri: Sika MMC şirkətində Əməyin Təhlükəsizliyi, Sağlamlığı və Ətraf Mühitin Mühafizəsi İdarəçilik Sitemini yerli və korporativ tələblər əsasında qurmaq, tətbiq etmək və təmin etmək. İş yerləri  və iş şəraitində təhlükələrin müəyyən edilməsi və  risklərin qiymətləndirməsi, təhlükəsizlik tələblərinə uyğun olaraq iş  yerlərinin attestasiyasını  və  sertifikasiyasına təşkil  etmək  və  planlaşdırılmış  tədbirlərin  vaxtında yerinə yetirilməsinə nəzarət etmək. Mütəmadi təhlükəsizlik auditləri təşkil edərək əmək şəraitinin və iş yerlərinin təhlükəsizlik standart və tələblərinə uyğunluğundan əmin olmaq. Bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılmasını, kök səbəblərin, önləyici və düzəldici fəaliyyətlərin  müəyyən edilməsini icra etmək, lazımi hesabatların zamanında və müvafiq əlaqəli şəxslərə bildirilməsini təmin etmək. İşçilər üçün təlim və tədris proqlamlarını və materiallarını hazırlamaq və onlara SƏTƏM qaydaları ilə lazımi təlimləri təşkil etmək Şirkətin fəaliyyətinin yerli və Sika korporativ Əməyin Təhlükəsizliyi, Sağlamlığı və Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğunluğundan əmin olmaq. Peşə sağlamlığı və təhlükəsizliyi qaydalarının tələblərinə uyğun təmir qurğularının, maşın və digər avadanlıqların qəbulu, istehsal obyektlərinin  tikintisi  və  yenidən qurulması, layihə sənədlərinin hazırlanması ilə bağlı şirkətinin koordinasiyasında  iştirak etmək. Fövqəladə Hal Hazırlıq Planı hazırlamaq, işçilərə praktiki təlimlər təşkil etmək Təlim tədris proqramlarının qeydlərini aparmaq. Müəyyən edilmiş formada və vaxtında sağlamlıq və təhlükəsizlik hesabatlarını hazırlamaq. SƏTƏM sisteminin davamlı yaxşılaşdırılması üçün daima bilik və bacarıqlarını yeniləmək. Sika İdarəçilik Sisteminin qurulması və daimi yaxşılaşdırılması üçün Keyfiyyət İdarəçilik Sistemi standart və gözləntiləri ilə iş bölmələrinin keyfiyyət hədəfləri nəzərə alınaraq öna həvalə edilmiş aşağıdakı vəzifələri yerinə yetirərək məsul olduğu sahədə bütün şirkət daxilində keyfiyyət sistemi hədəflərinin həyata keçirilməsinə dəstək verir: Proses yaxşılaşdırma və risk qiymətləndirmə işlərini koordinasiya edir İdarəçilik sistemi prosedurlarını hazırlayır və tətbiq edəcək şöbələr ilə kommunikasiyanı təmin etmək üçün iclaslar təşkil edir. Məsul olduğu yerlərdə mütəmadi olaraq keyfiyyət iclasları təşkil edərək şikayətlərin və tədbirlərin vəziyyətini nəzərdən keçirir. Planlanan İdarəçilik Sistemi Təlimləri verir Məsul olduğu sahələrdə sertifikasiya və müştəri yoxlamalarının müvəffəqiyyətlə nəticələnməsi üçün yoxlama müddəti boyunca rəhbərlik edər və lazımi koordinasiyanı təmin edər. Sika MMC İllik Daxili Audit Planı əsasında ona həvalə edilmiş daxili auditləri həyat keçirir, audit raportu hazırlayır və tədbirlərin vaxtında tamamlanmasını izləyir. Sika MMC İdarəçilik Sisteminin performansı ilə əlaqəli məlumat analizləri edir və müvafiq hesabatlar hazırlayır. Məsul olduğu sahədə Uyğunsuzluq İdarəçilik Sistemi koordinatoru olaraq vəzifə alır.