Biz layihələri, insanları və nəticəni eyni anda idarə edə bilən güclü Project / Account Manager axtarırıq. Bu mövqe sistemli düşünən, operativ qərar verən və prosesləri idarə etməyi bacaran peşəkarlar üçündür.
Agentlikdə Rolu
Project / Account Manager — partnyorlar, kreativ komanda və prodakşn arasında əsas əlaqələndirici şəxsdir. Bu rol ideyaları real kampaniyalara və ölçülə bilən nəticələrə çevirən mütəxəssis üçündür.
Əsas vəzifələr
Layihələrin brifdən yekun hesabatadək idarə olunması
Vaxt qrafiki, büdcə və resursların koordinasiyası
Müştərilərlə effektiv kommunikasiya və əlaqələrin inkişafı
Kreativ, SMM, prodakşn və performance komandalarına tapşırıqların verilməsi
Kreativ, kontent və reklam kampaniyalarının keyfiyyətinə nəzarət
Strategiyaların, xüsusi layihələrin və launch proseslərinin hazırlanmasında iştirak
Təqdimatların hazırlanması və müştərilər qarşısında müdafiəsi
İnfluencerlər, podratçılar və media platformaları ilə iş