Şəhərimizin ən premium markaları ilə eyni cərgədə duran Cafer Erol mağazası sizi salamlayır. Mağazamız, Türkiyənin ən öndə gedən şirniyyat markası olmaqla yanaşı, 220 illik bir tarixə malikdir. Osmanlı sarayından başlayaraq, günümüzdə London Knightsbridge-ə qədər irəliləmiş və qlobal bir brendə çevrilmişdir. Bu qədim ənənəyə və yüksək keyfiyyətə uyğun olaraq, biz də komandamızın nəzakəti və peşəkarlığı ilə seçilməsini təmin edirik.
İş şəraiti
İş yeri: Bakı, Zərifə Əliyeva küçəsi
İş qrafiki: 7+1 saat, həftənin 6 günü
Maaş: 700 AZN
Vəzifə öhdəlikləri:
Müştərilərə məhsullar haqqında məlumat vermək və satış həyata keçirmək
Müştəri məmnuniyyətini təmin etmək və onların suallarına cavab vermək
Mağazamızın rəflərinin daim səliqəli və tərtibli olmasını təmin etmək
Kassa əməliyyatlarını yerinə yetirmək və satış hesabatlarını aparmaq