Korporativ Satış Meneceri
Biz — hər gün böyüyən və inkişaf edən dinamik komandayıq. Passiv gözləməyi sevməyən, aktiv, enerjili və real inkişaf imkanları axtaran satış meneceri axtarırıq. Əgər yeni biliklər, canlı iş mühiti və motivasiya səni cəlb edirsə — doğru yerdəsən!
Vəzifə öhdəlikləri:
Satış platformalarında məhsulların satışını həyata keçirmək
Korporativ görüşlərin təşkili və idarə olunması
Şirkətlərarası (B2B) görüşlərdə iştirak etmək
Müştərilər üçün təqdimatlar və satış yönümlü sunumlar hazırlamaq
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişafı