Tibbi Avadanlıqlar üzrə Satış Meneceri (Azərbaycan və Xarici bazarlar) / Medical Equipment Sales Manager (Azerbaijan & Foreign Markets)
Tibbi Avadanlıqlar üzrə Satış Meneceri (Azərbaycan və Xarici bazarlar)
İş yeri: Sarda Pulsar
Şöbə: Satış və Biznesin İnkişafı
Birbaşa rəhbər: Baş menecer
Vəzifə haqqında
Tibbi Avadanlıqlar üzrə Satış Meneceri Azərbaycanın və seçilmiş xarici ölkələrinin bazarlarında tibbi avadanlıq və onların ehtiyyat hissələrinin satışının artırılmasına cavabdehdir. Vəzifə xəstəxanalar, klinikalar və distributorlarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulmasını, tender proseslərində iştirakın koordinasiyasını və satış hədəflərinə nail olunmasını əhatə edir. Namizəd tibbi məhsullar haqqında yaxşı biliklərə, güclü ünsiyyət bacarıqlarına və səhiyyə sektorunda yeni biznes imkanlarını inkişaf etdirmək motivasiyasına malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri
Satış və bazarın inkişafı
Şirkətin satış strategiyasının Azərbaycan və qonşu xarici bazarlarda icrasını təmin etmək;
Yeni müştəriləri, distributorları və səhiyyə müəssisələrini müəyyən etmək və onlarla əlaqə qurmaq;
Dövlət və özəl xəstəxanalar üzrə tenderlərdə iştirakın təşkili və dəstəklənməsi;
Bazar araşdırmaları aparmaq, trendləri, rəqibləri və qiymət imkanlarını təhlil etmək.
Müştəri əlaqələrinin idarə olunması
Əsas müştərilər və tərəfdaşlarla uzunmüddətli münasibətlər qurmaq;
Daimi əlaqə və operativ xidmət vasitəsilə müştəri məmnuniyyətini təmin etmək;
Məhsulların təqdimatı və rəy toplanması məqsədilə xəstəxana və klinikalara səfərlər etmək.
Operativ dəstək
Vaxtında çatdırılma və satışdan sonrakı xidmətlərin təmin edilməsi üçün logistika və servis komandaları ilə koordinasiya etmək;
Kommersiya təklifləri, qiymət cədvəlləri və məhsul sənədlərini hazırlamaq;
Satış məlumatlarının düzgün uçotunu aparmaq və mütəmadi hesabatlar hazırlamaq.
Məhsul üzrə bilik və tələblərə uyğunluluq
Şirkət daxili qaydalara əməl etmək, yerli sertifikatlaşdırma və idxal tələblərinə uyğun fəaliyyət göstərmək;
Məhsulların xüsusiyyətləri və tətbiq sahələri üzrə bilikləri daim yeniləmək.