İş barədə məlumat
İş qrafiki: - Həftə içi 1 gün, ayda isə toplam 6 təqvim günü istirahət nəzərdə tutulub.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Satış rəhbəri” qeyd etməklə göndərmələri xahiş olunur.
Öhdəliklər
Mağazanın ümumi fəaliyyətini təşkil edir
Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir
Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir
Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir
Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir
Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir
İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir
Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür
Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür
Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir
Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir
Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət
Mal qalıqlarına nəzarət və uçotun aparılması
Assortimentin və satışın analizi
Daxili inventarizasiyanın aparılması
Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir
Görülən işlərin qeydinin aparılması.
Tələblər
Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi (mebel sahəsində müvafiq təcrübəyə üstünlük verilir)
Yaş: 25-35
Dil bilikləri: Səlis Azərbaycan və Rus dili tələb olunur, (İngilis dili arzuolunandır) olunur, (Rus və İngilis dili arzuolunandır)
Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C.