Korporativ Satış Mütəxəssisi
Vəzifə öhdəlikləri:
Aktiv şəkildə yeni korporativ müştərilərin axtarışını və əlaqələrin qurulmasını təmin etmək, potensial müştəri bazasının genişləndirilməsi
Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulmasını, məhsullar haqqında dolğun və ətraflı məlumatların təqdim edilməsini təmin etmək və satış prosesinin idarə olunması
Satış təqdimatları, görüşlər, demo və təqdimatların hazırlanması və keçirilməsi
Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması
Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması
Bazar araşdırması aparmaq, rəqiblərin fəaliyyətini izləmək
Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək
Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək
Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli və sərfəli münasibətlərin yaradılmasını təmin etmək