Vəzifə haqqında
Rentbutik car sharing xidmətinə ərazidə avtomobillərə nəzarət edəcək operativ və məsuliyyətli Sahə Nəzarətçiləri axtarırıq. Bu şəxs avtomobillərin düzgün parklanmasına, texniki vəziyyətinə və sistemdə səfərlərin qaydalara uyğunluğuna nəzarət edəcək.
Öhdəliklər
Avtomobillərin təyin olunmuş zonalarda düzgün parklanmasına nəzarət
Parklanma qaydası pozuntularının operativ aşkarlanması və həlli
Sistem üzərindən səfərlərin (trip-lərin) düzgünlüyünün yoxlanılması
Avtomobillərin gündəlik texniki vəziyyətinin qiymətləndirilməsi (təmizlik, təkər, şarj və s.)
Zədələnmə və nasazlıqların aşkarlanması, foto/video ilə sənədləşdirilməsi
İstifadəçilərin yerində üzləşdiyi problemlərə dəstək vermək
Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Şirkət tərəfindən təmin olunur
Xidməti telefon və mobil internet
İş üçün lazım olan tətbiqlərə giriş
İş şəraiti:
İş qrafiki: Həftədə 5 gün, növbəli qrafik
Əmək haqqı: 500-600 AZN