Əsas öhdəliklər:
ERP sistemində kommersiya müqavilələri, layihə smetaları, büdcə və xərc məlumatlarının düzgün işlənməsi;
Mühasibatlıq, kommersiya, satınalma və anbar məlumatlarının üzləşdirilməsi;
Təchizatçı və subpodratçılardan daxil olan e-qaimə, akt, Forma 2 və Forma 3 sənədlərinin yoxlanılması;
Layihələr üzrə faktiki xərclərin izlənməsi və büdcədən kənaraçıxmalar barədə hesabatların hazırlanması;
Həftəlik və aylıq ödəniş planlarının hazırlanmasına dəstək;
Debitor və kreditor borclar üzrə üzləşmə sənədlərinin hazırlanması;
Puantaj məlumatlarının toplanması və əməkhaqqı hesablamaları üçün mühasibatlıqla koordinasiya;
Rəhbərlik üçün kommersiya və maliyyə hesabatlarının hazırlanması.