Rich S.A. MMC (Millennium dondurma zavodu)
Texnoloqa kömək: İstehsalat texnoloquna gündəlik işlərdə, resepturaların yoxlanılmasında və proseslərin tənzimlənməsində kömək etmək.
Texnoloji nəzarət: Dondurma və vaflı məhsullarının istehsal prosesinə nəzarət etmək.
Hazır məhsula nəzarət: Hazır məhsulun keyfiyyətini, qablaşdırılmasını, markalanmasını yoxlamaq və nümunələr üzrə orqanoleptik (dad, qoxu, tekstura) qiymətləndirmə aparmaq.
Rejim və saxlama: Temperatur rejiminə, saxlama müddətlərinə və məhsulların realizasiya ardıcıllığına daimi nəzarət etmək.
Sənədləşmə: Gündəlik laboratoriya jurnallarını və yoxlama vərəqlərini tərtib etmək.