Satınalma və kateqoriya meneceri
Satınalma və ya təchizat sifarişlərinin qəbulu. Alınması zəruri olan məhsulların vaxtında təmin olunmasının təşkili (nəzarətdə saxlanılması);
Mağazalardan gələn sifariş tələblərinin anbar qalığı və satış statistikası ilə müqayisə edilməsi;
Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili;
Təchizatçı bazasının yaradılması və təchizatçıların qiymətləndirilməsi;
Yerli və xarici bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, şirkət üçün ən sərfəli şərtlərlə müqavilələrin bağlanması;
Təchizatçılarla daim çevik əlaqələndirmənin təmini (görüşlərin keçirilməsi, telefon danışıqları, email yazışmaları), həmçinin zərurət olduğu təqdirdə əvvəllər bağlanmış müqavilələrin yenilənməsi;
Bazar tendensiyalarının və rəqib strategiyalarının izlənilməsi;
Müvafiq hesabatların vaxtı-vaxtında rəhbərliyə təqdim edilməsi.
Digər tələblər:
kosmetika sahəsində ən azı 2-3 il təcrübə mütləqdir( mağaza meneceri və s idarəedici vəzifələrdə)
İngilis və rus dili biliyi arzuolunandır;
Ünsiyyət qurmaq və kollektivdə işləmək bacarığı olmalıdır;
İşgüzar yazışma əsaslarını bilməlidir;
Analitik düşüncə qabilyyətinə malik olmalıdır;
Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
MS Office proqramlarını mükəmməl bilməlidir.(xüsusilə excel)