Mühasib bəylər tələb olunur!
İş şəraiti
İş yeri: Yeni Günəşli, AB massivi (ofis)
Əmək haqqı: 600-800 AZN
İş qrafiki: 09:00 – 18:00 (Bazar günü istirahət)
Həftədə 6 gün, 6-cı gün saat 13:00-a qədər
Öhdəliklər:
Elektron qaimə-fakturaların (e-qaimə) tərtibi və göndərilməsi
Vergi bəyannamələrinin (ƏDV, mənfəət, sadələşdirilmiş və s.) hazırlanması və vaxtında təqdim edilməsi
DSMF və digər məcburi ödənişlərlə bağlı hesabatların hazırlanması
Dövlət Statistika Komitəsinə aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi
Vergi orqanları ilə yazışmaların həyata keçirilməsi
Maraqlanan namizədlər CV-lərini “Mühasib” başlığı altında qeyd olunan elektron poçt ünvanına və əlaqə nömrə (0702605588) vasitəsilə göndərə bilərlər.