Şirkətlərə Qayıt

Qaya Neqliyyat MMC

3

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

3 iş elanı

Qaraj Müdiri

Qaya Neqliyyat MMC

Tam Ştat
Orta Səviyyə

Yük maşınlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin etmək Yük maşınlarının cədvələ uyğun xəttə çıxmasını və işin sonunda xətdən qayıdarkən qəbul zamanı onların nasazlığının müəyyən edilməsini təmin etmək; Xətlərdə avtomobillərin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirmək, təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görmək; Hərəkətdə olan nəqliyyat vasitələrinə xidmətin göstərilməsinin və təmirin aparılması cədvəlini işləyib hazırlamaq və bu işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək; Xətlərdə avtomobillərə texniki yardımın göstərilməsini təşkil etmək; Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmələrinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət etmək; Xəttə çıxmazdan əvvəl sürücülərə göstəriş və təlimat vermək; Yeni ehtiyat hissələrinin qəbulunda və aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak etmək, zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirmək; Yük avtomobillərinin hərəkət hissələrinin ayrı-ayrı detallarının, qovşaqlarının vaxtından tez sıradan çıxmalarının səbəblərini müəyyən etmək üçün onların istismar şəraitini öyrənmək, hərəkət hissələrinin texniki vəziyyəti ilə əlaqədar boşdayanmalarının səbəbini və müddətini təhlil etmək, onların istismar müddətlərinin artırılması və texniki nasazlığının aradan qaldırılması üçün tədbirləri həyata keçirmək; İşlənən materialların sərf normalarına uyğunluğuna nəzarət etmək;