Vəzifə təlimatı:
Qonağın tələblərini yüksək səviyyədə qarşılamaq üçün qonağın sifarişi zamanı ona təqdim edilmiş menyu barəsində lazımi məsləhətlər vermək:
Qonaqları masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
İçki və yemək seçməkdə qonaqlara yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək üçün sistemə əlavə etmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya digər tələblər barədə məlumat vermək;
Qonaqlara hər zaman müvafiq qaydada xidmət göstərilməsini təmin etmək və onların masalarının təmizliyinə görə məsuliyyət daşımaq:
Menyu barəsində əvvəlcədən məlumatlı olmaq və qonaqlara düzgün təqdim etmək:
Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına əməl etmək
Məişət avadanlıqlarını qaydalara uyğun istifadə etmək və təmiz saxlamaq:
Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;