Vəzifə öhdəlikləri:
Cəmiyyətin elektrik təchizatı sistemlərini – əsas və ehtiyat xətləri, elektrik avadanlıqları, şitlər, panellər və naqil sistemlərini yoxlamaq və daim işlək vəziyyətdə saxlamaq
Elektrik avadanlıqlarına müntəzəm texniki xidmət göstərmək və planlı təmir işlərini həyata keçirmək
Avtomatlaşdırılmış istehsal xətlərində istifadə olunan elektrik komponentlərinin düzgün işləməsini təmin etmək
Yeni elektrik xətləri çəkmək, mövcud sistemləri yeniləmək və enerji səmərəliliyini artırmaq üçün layihələrdə iştirak etmək
İstehsalat prosesində enerji fasilələrinin qarşısını almaq və fasiləsiz fəaliyyət üçün zəruri tədbirlər görmək
Gərginlik, cərəyan və enerji sərfiyyatı ilə bağlı ölçmələr aparmaq və qeydlər aparmaq
Sınaq, təmir və texniki xidmət üçün tələb olunan avadanlıq və materialların spesifikasiyasını hazırlamaq
Şöbənin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasında iştirak etmək