İş Elanı
Şirkətimizin gündəlik fəaliyyətinə dəstək göstərmək məqsədilə, şirkət avtomobilinin idarə olunması, sifariş və sənədlərin təyinat yerinə təhlükəsiz və vaxtında çatdırılması, avtomobilin texniki vəziyyətinə daimi nəzarət, həmçinin rəhbərliyin verdiyi tapşırıqların operativ və məsuliyyətlə icrası üçün komandamıza qatılacaq peşəkar, məsuliyyətli və işgüzar sürücülər axtarırıq.
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: 5 günlük (09:00–18:00)
Əmək haqqı: 500-700 azn, tələb olunan bilik və bacarıqlarına görə dəyişəcək.
Vəzifə öhdəlikləri
Şirkət tərəfindən təhkim olunmuş avtomobil ilə sifarişlərin və sənədlərin təyinat yerinə təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
Yüklərin və sənədlərin bütövlüyünü və məxfiliyini qorumaq, təhvil-təslim proseslərini düzgün, daxili qaydalara və təlimatlara uyğun həyata keçirmək;
Rəhbərliyin tapşırığına əsasən qonaqların qarşılanmasını və onların təhlükəsiz, etik və yüksək xidmət mədəniyyətinə uyğun şəkildə təyinat yerinə çatdırılmasını təmin etmək;
Müəyyən edilmiş cədvələ uyğun olaraq şirkət əməkdaşlarının və digər müvafiq şəxslərin təyin olunmuş marşrutlar üzrə vaxtında və təhlükəsiz daşınmasını həyata keçirmək;
Daşınma zamanı punktuallığa, nəzakətli davranış qaydalarına və konfidensiallığa riayət etmək;
Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.);
Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək;
Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq;
Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.