Proline Engineering Construction
Şirkət haqqında:
Şirkətimiz dinamik və peşəkar komandası ilə fəaliyyət göstərən, müştəri məmnuniyyətini əsas prioritet hesab edən təşkilatdır. Komandamıza məsuliyyətli və ünsiyyət bacarığı yüksək Ofis Resepsionu axtarırıq.
🎯 Vəzifə öhdəlikləri:
Ofisə gələn qonaqların qarşılanması və yönləndirilməsi
Daxil olan zənglərin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi
Elektron poçtların qəbulu və yönləndirilməsi
Rəhbərliyin tapşırıqlarının icrası
Ofis daxili sənədləşmənin təşkili və qeydiyyatı
Ofis nizam-intizamının və ümumi iş axınının koordinasiyası
✅ Tələblər:
Ali və ya orta ixtisas təhsili
Azərbaycan dilində səlis danışıq (Rus və ya İngilis dili üstünlükdür)
MS Office proqramlarında işləmə bacarığı
Səliqəli xarici görünüş və etik davranış
Ünsiyyətcil, məsuliyyətli və operativ olmaq
💼 İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Əmək haqqı: 500 azn
Ünvan: Arena plaza, Koroğlu metrosu