Satış/Satınalma mütəxəssis
İş yeri - Bakı, Azərbaycan
Məsuliyyət - Xərcləri və riskləri minimuma endirərkən məhsul və ya xidmətlərin müştəri tələblərinə cavab vermək üçün səmərəli şəkildə əldə edilməsini və çatdırılmasını təmin etmək
Birbaşa tabeçilik - Satış/Satınalma üzrə grup rəhbər, Direktor
İş öhdəlikləri
Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi
Tender və kotirovka protokollarının hazırlanması
Ticarət tərəfdaşlarına sifariş verməklə gündəlik əməliyyatları idarə etmək
Potensial təchizatçıların araşdırılması və müəyyənləşdirilməsi
Satınalma sifarişlərinin hazırlanması
Müştərilərlə danışıqlar / müştəri xidməti