Program / Tədris Məsləhətçisi (Sales Advisor)
LOG Academy komandası üçün akademiya / tədris mərkəzində real kurs satışı təcrübəsi olan peşəkar Sales Advisor axtarılır.
Bu vakansiya öyrədiləcək, yeni başlayan və ya yalnız zəng edən şəxslər üçün deyil.
Biz satışı bağlamağı bacaran insan axtarırıq.
Kimləri axtarırıq?
Akademiyada və ya tədris mərkəzində minimum 2–3 il kurs satışı etmiş
Telefon zəngləri ilə müştərini ofisə gətirib satış bağlamış
Satış prosesini tam anlayan: Lead → Zəng → Görüş → Satış
Target və nəticə ilə işləməyə öyrəşmiş
Qeyd:
Təkcə call-center təcrübəsi kifayət deyil
Satış təcrübəsi olmayan namizədlər uyğun deyil
Əsas vəzifələr
Potensial tələbələrə telefon zəngləri
Ofis görüşünə dəvət və satışın bağlanması
Kiber Təhlükəsizlik, Data Analitika, Programming kurslarının satışı
CRM-də satış qeydiyyatı
Biz nə təklif edirik?
Fix maaş + satışdan yüksək faiz
Bonus sistemi
Stabil və uzunmüddətli iş
IT Academy-də karyera inkişafı
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.