Vəzifə öhdəlikləri:
Çap proseslərinin planlanması, icrasına nəzarət, çap işlərinin sifarişdən təhvilə qədər tam dövr üzrə idarə olunması;
Reklam və promo məhsulların istehsalı, sifariş prosesinin idarə edilməsi, layihələrinin vaxtında və keyfiyyətli icrasına nəzarət;
Reklam və brendləşmə layihələrinin texniki tapşırıqlarının hazırlanması, vizual və texniki həllərin təqdim edilməsi, dizayn – istehsal uyğunluğunun yoxlanılması və idarə olunması;
Müştərinin brend tələbinə uyğun material və məhsul seçiminin təşkil edilməsi;
Təchizatçılarla danışıqların aparılması, qiymət razılaşmaları və təchizat prosesinin koordinasiyası;
Xammal ehtiyatlarının planlanması və təmin edilməsinə nəzarət;
Satış strategiyasının hazırlanması və satış hədəflərinin icrasına nəzarət;
Satış və marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsinə nəzarət;
Müştəri bazasının genişləndirilməsi, korporativ müştərilərlə danışıqların aparılması;
İş axınlarının (istehsal – sifariş – təhvil – ödəniş) optimallaşdırılması;
Xərclərin və resursların səmərəli idarə edilməsi;
Komanda üzvlərinin (satış, dizayn, istehsal) işinin koordinasiyası, idarə olunması, onların motivasiyası və inkişaf planlarının hazırlanması;
Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;
Aylıq satış və əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlil edilməsi.
Kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil)
İş təcrübəsi:
Mətbəə, promo və ya reklam sahəsində ümumi 5 il iş təcrübəsi;
Mətbəə, promo, reklam sahəsində rəhbər və ya aparıcı vəzifələrdə minimum 3 il iş təcrübəsi.