Satış Təmsilçisi – Dizayner
Konak Concept premium mebel və interyer həlləri üzrə fəaliyyət göstərən, yüksək estetik dəyərləri və funksional yanaşması ilə seçilən brenddir. Peşəkar komandamızı gücləndirmək məqsədilə satış və dizayn bacarıqlarını bir araya gətirən Satış Təmsilçisi – Dizayner vəzifəsi üzrə yeni əməkdaş axtarırıq.
Əsas məsuliyyətlər:
Müştəri ehtiyaclarını analiz edərək fərdi mebel və interyer konseptləri formalaşdırmaq
Dizayn proqramları (AutoCAD, 3ds Max, SketchUp) vasitəsilə vizual layihələr hazırlamaq
Satış prosesini layihələndirmədən icrayadək effektiv şəkildə idarə etmək
Müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək, müsbət alış təcrübəsi yaratmaq və davamlı müştəri münasibətlərinin formalaşdırılmasını təmin etmək
Satış hədəflərinə uyğun fəaliyyət göstərmək və brend dəyərlərini təmsil etmək
Sosial media və brend təqdimat layihələrində iştirak edərək məhsul təqdimatı, təhvil prosesi və digər video materialların hazırlanmasına dəstək vermək