Satış Meneceri (Suvenir & Hədiyyə – Əl sənətkarlığı məhsullar)
“İpək Yolu Boutique” – Azərbaycanın milli irsini və sənətkar əl işlərini təqdim edən premium konsept mağaza üçün satıcı vakansiyası elan edir.
Satış məntəqəsi Bakı şəhəri, Xəzər rayonunda, şəhər mərkəzindən 25 km məsafədə (xüsusi rejimli zonada) yerləşir.
Vəzifə öhdəlikləri:
Müştərilərə məhsul seçimi zamanı peşəkar dəstək göstərmək
Məhsulların etnoqrafiyası, mənşəyi və hazırlanma texnologiyası barədə verilmiş materiallar əsasında bilik əldə edərək, bunu satış təqdimatında tətbiq etmək
Məhsullar haqqında müştərilərə dolğun və ətraflı məlumat vermək
Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək və qorumaq
Mağazada məhsulların düzgün, səliqəli və estetik düzülüşünə nəzarət etmək
Mağazanın gündəlik satış fəaliyyətində aktiv iştirak etmək
Günlük və aylıq satış hesabatlarını təqdim etmək