Innovative Solution Group
İş haqqında məlumat (Vəzifə öhdəlikləri):
Linux (Red Hat / CentOS / Ubuntu) əsaslı server infrastrukturunun, development və production mühitlərinin qurulması, idarə edilməsi və miqyaslandırılması;
VMware vSphere platforması üzərində virtual mühitlərin konfiqurasiyası və dəstəyi;
Şəbəkə avadanlıqlarının (Router, Switch, Wireless Controller, Access Point) və Firewall sistemlərinin (Palo Alto, Cisco və s.) quraşdırılması, idarə edilməsi;
Şəbəkənin 7/24 yüksək əlçatanlıq (High Availability) və stabil fəaliyyətinin təmin edilməsi, trafikin optimallaşdırılması;
Kritik hallarda nasazlıqların sürətli diaqnostikası (RCA) və aradan qaldırılması;
Gündəlik inzibatçılıq və ehtiyat nüsxələmə (backup) proseslərinin avtomatlaşdırılması üçün skriptlərin (Bash, Python) yazılması;
VPN texnologiyalarının idarə edilməsi və şəbəkə təhlükəsizliyi risklərinin analizi;
Sistem və şəbəkə konfiqurasiyaları üzrə texniki sənədləşmənin aparılması.