Şirkət haqqında
İnnova Technology Center — sistem inteqrasiyası bazarında fəaliyyət göstərən, müştərilərinə geniş spektrli avadanlıq, proqram təminatı və İT xidmətləri təqdim edən şirkətdir. Komandamıza dinamik və nəticə yönümlü Sales Manager axtarırıq.
Vəzifə öhdəlikləri
Yeni müştərilərin cəlb edilməsi (soyuq zənglər, mesajlar, e-mail, LinkedIn və digər kanallar üzrə)
Potensial müştərilərlə görüşlərin təşkili və aparılması (online və offline formatda)
İT xidmət və məhsullarının peşəkar səviyyədə təqdim edilməsi
Kommersiya təkliflərinin hazırlanması və müştərilərlə danışıqların aparılması
Müştəri ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi və uyğun həll yollarının təklif edilməsi
Aylıq və rüblük satış hədəflərinin (target-larının) yerinə yetirilməsi
Gündəlik soyuq zənglər və follow-up fəaliyyətlərinin aparılması
Komanda daxilində sıx əməkdaşlıq və koordinasiya
Bazar tendensiyalarının və rəqiblərin mütəmadi izlənilməsi