Inlingua Baku İsveçrənin Beynəlxalq Dil Mərkəzi
Vakansiya: Satış Məsləhətçisi
Haqqımızda:
İnlingua Baku Azərbaycanda fəaliyyət göstərən qabaqcıl və müasir dil məktəbidir. İnlingua beynəlxalq dil tədris təşkilatı 1968-ci ildə İsveçrənin Bern şəhərində yaradılmışdır. Mərkəzin dünyada 40-dan çox ölkədə 300-dən artıq filialı var.
Vəzifə öhdəlikləri:
Şirkətin əlaqə nömrəsinə daxil olan zənglərə cavab vermək;
Gələn müraciətləri yönləndirmək;
Sosial şəbəkə və sayt üzərindən gələn sorğulara cavab vermək və məlumat vermək;
Müraciət edən şəxsləri mərkəzə imtahan üçün gəlməyə təşviq etmək;
Daxil olan müştərilərlə imtahan və səviyyə təyini prosesini təşkil etmək;
Uyğun proqram və qrup üzrə təklif təqdim etmək, müqavilə bağlamaq;
Satış prosesini tam olaraq idarə etmək və nəticələndirmək;
Müştəri məlumatlarını CRM sisteminə daxil etmək və izləmək.
Namizədə tələblər:
Təhsil və ya satış sahəsində minimum 1 il iş təcrübəsi;
Səlis Azərbaycan dili (ingilis və rus dillərindən birini bilməsi üstünlükdür);
Ünsiyyət və inandırma bacarığı yüksək səviyyədə olmalı;
Dəqiq, məsuliyyətli və nəticəyönümlü olmalı;
Komandada işləmə və aktiv mühitə uyğunlaşma bacarığı.
Bizimlə işləməyin üstünlükləri:
Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;
İnkişaf edən dil mərkəzində peşəkar komanda ilə çalışma imkanı;
Karyera və şəxsi inkişaf üçün geniş perspektivlər;
Dəstəkverici, beynəlxalq və çoxmədəniyyətli iş mühiti;
Təhsil sahəsində real nəticələrə və tələbələrin uğurlarına töhfə vermək imkanı.
Necə müraciət etməli:
CV-nizi e-poçt ünvanına “Satış Məsləhətçisi” başlığı ilə göndərin.