Telefon və planşetlər üçün ehtiyat hissələri və aksesuarların satışını həyata keçirən iFix şirkətinə "Satış mütəxəssisi" vəzifəsi üzrə namizədlər tələb olunur. Sən də inkişaf və yeniliklərə hazırsansa iFix-ə qoşul!
Vəzifə funksiyaları:
Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsulların keyfiyyəti və digər xüsusiyyətləri barədə ətraflı məlumatın verilməsi
Mağaza daxili satışın həyata keçirilməsi;
Müştərilərin istəkləri ilə maraqlanıb, ona uyğun məhsulun təqdim olunması;
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
Namizədə tələblər:
Satış sahəsində təcrübənin olması;
Telefon ehtiyat hissələri və aksesuarlar sahəsində təcrübə arzuolunandır;
Məsuliyyətli, çevik, ünsiyyətcil, satış qabiliyyətli, kollektivdə işləmə bacarığı;
Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır;
1C proqram təminatı üzrə tərcübə və biliklər arzuolunandır.
Digər məlumatlar:
AR ƏM-nə əsasən rəsmiləşdirmə;
İş rejimi: həftənin 6 günü;
Satış sahəsində nailiyyətlərə görə əlavə bonus və mükafatlar;
Şirkət daxili inkişaf imkanları.