HomeVision – Premium Vakansiya | Əmlak Meneceri (Müqaviləli İş)
Daşınmaz əmlak sahəsində sıfırdan başlayaraq peşəkar səviyyəyə yüksəlmək, yüksək qazanc əldə etmək və real karyera qurmaq istəyənlər üçün HomeVision unikal imkan təqdim edir. Təcrübəniz olmasa belə – iş sizə öyrədilir, siz isə nəticəyə fokuslanırsınız.
İş şəraiti və təqdim etdiyimiz imkanlar:
İş sıfırdan öyrədilir – praktiki təlim və gündəlik dəstək
Real karyera yüksəlişi və inkişaf imkanı
Müqaviləli iş sistemi
Satışdan yüksək faiz gəliri
Orta aylıq qazanc 1000–2000 AZN və daha yüksək potensial
Limitsiz gəlir imkanı – qazanc sizin nəticənizdən asılıdır
Hazır müştəri və əmlak bazası ilə işləmə imkanı
Güclü reklam və sosial media dəstəyi
Tam təchiz olunmuş ofis və bütün iş şəraiti
Peşəkar və dəstəkçi komanda mühiti
İş qrafiki:
10:00 dan–19:00 dək
Həftədə 1 gün istirahət günü
Ünvan: Elmlər metrosunun yanı
Ərazi: Bakı şəhəri
Şirkət haqqında – HomeVision
HomeVision Bakı şəhərində fəaliyyət göstərən, müasir yanaşma ilə çalışan daşınmaz əmlak agentliyidir. Şirkət yaşayış və qeyri-yaşayış obyektlərinin alqı-satqısı, icarəsi və investisiya layihələrinin təşkili üzrə ixtisaslaşıb. Məqsədimiz müştərilərə etibarlı, şəffaf və operativ xidmət təqdim etməklə bazarda fərqlənməkdir.
Müraciət qaydası:
CV-nizi WhatsApp və ya e-mail vasitəsilə göndərin. WhatsApp aktivdir.
İş haqqında
22–40 yaş arası xanım və bəy namizədlər
Ünsiyyət və satış bacarığı
Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma
Öyrənməyə açıq və inkişaf istəyi
Satış və ya əmlak sahəsində təcrübə arzuolunandır
Şəxsi telefon və ya kompüterin olması üstünlükdür