Nəqliyyatın idarə olunması üzrə mütəxəssis
Əsas Öhdəliklər:
Sürücü hesabatlarının (aççot) aparılması: Sürücülərin beynəlxalq səfərlərini (Avropa, Türkiyə, Rusiya) bitirdikdən sonra təqdim etdikləri hesabatların qəbulu, yoxlanılması və rəhbərliyə düzgün, xətasız formada təqdim edilməsi;
GPS Monitorinq: Nəqliyyat vasitələrinin hərəkət istiqamətinə və marşrut qrafikinə GPS sistemi vasitəsilə 24/7 rejimində nəzarət;
Operativ idarəetmə: Sürücülərlə daimi əlaqənin saxlanılması, yolda yaranan texniki və ya inzibati problemlərin dərhal həll edilməsi;
Rəsmi hesabatlılıq: Görülmüş işlər və səfər nəticələri barədə rəhbərliyə mütəmadi olaraq dolğun məlumatların verilməsi.
Tələblər:
Logistika və beynəlxalq daşımalar sahəsində mütləq iş təcrübəsi;
Sürücü hesabatları (aççot) ilə işləmək təcrübəsi və yüksək dəqiqlik;
Kritik vəziyyətlərdə qərar vermə və problem həll etmə bacarığı;
Məsuliyyətlilik və rəsmi hesabat tərtib etmə qabiliyyəti.