Satınalma üzrə mütəxəssis
Haus Luxury Interiors şirkətinə Satılalma üzrə mütəxəssis axtarılır.
Əsas Tələblər:
Minimum 2 il iş təcrübəsi;
Ali təhsil
Rus və İngilis dillərini bilməsi (mütləqdir)
Diqqətli və işində məsuliyyətli olmaq;
Riyazi biliklər;
Məlumatları cəld və dəqiq şəkildə çatdırmaq
25-40 yaş arası olması;
Excel və Word proqramlarını bilməsi
Öhdəliklər:
Beynəlxalq təchizatçılardan mebel və müvafiq materialların axtarışında və satın alınmasında köməklik göstərməsi;
Potensial təchizatçılar ilə görüşlərin təşkili və iştirak etmək;
Satınalma sifarişlərini hazırlamaq və məhsulların vaxtında və dəqiq çatdırılmasını təmin etmək;
Təchizat məlumatları, satınalma sifarişləri və çatdırılma cədvəlləri daxil olmaqla satınalma qeydlərini saxlamaq və yeniləmək;
Satınalma və ya təchizat zəncirinin idarə edilməsində əvvəlki təcrübə bir üstünlükdür, lakin tələb olunmur.
Güclü təşkilatçılıq və vaxtı idarə etmə bacarığı.
Əla ünsiyyət və danışıq qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.