Vəzifə öhdəlikləri:
İlkin uçot sənədlərin (müqavilə, təhvil-təslim aktı, hesab-faktura, qaimə, və s.) qəbul edilməsi, yoxlanılması və təsdiqi
Bütün əməliyyatların mühasibat hesablarında düzgün və vaxtında əks etdirilməsi
Əmək haqqı, məzuniyyət və son hesablaşmaların aparılması
Mal-materialların və Əsas vəsaitlərin uçotu ( amortizasiya hesablanması və silinməsi)
Debitor və kreditor borcların uçotunun aparılması və nəzarəti, üzləşmə aktlarının tərtibi;
Bank əməliyyatlarının gündəlik izlənilməsi və uçota alınması, kredit əməliyyatlarına nəzarət (kredit cədvəlləri, ödəniş qrafikləri və s)
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
Dövlət qurumlarına (Vergi, Statistika və s.) hesabatların vaxtında təqdim edilməsi
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
Maliyyə vəziyyəti haqqında hesabata-balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər hesabatlarının hazırlanması (əsas prioritet)
Audit və yoxlamalar zamanı sənədlərin operativ təqdim edilməsi
Mühasibat uçotu üzrə normativ-hüquqi aktların izlənilməsi