Virusoloq (bioloq)
Food City Kompleks laboratoriyası
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Virusoloq (bioloq)” vəzifəsinə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
Bitki və bitkiçilik məhsullarında PZR analizinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;
Reaktivlərin və məhlulların hazırlanması, uyğun şəraitdə saxlanılmasına nəzarət;
Yeni müayinə metodlarının tətbiqi və verifikasiyasının həyata keçirilməsi;
Öz işi barədə aktların, aylıq və illik hesabatların hazırlanması;
Cihazların performans yoxlanışlarının aparılması;
Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;
Cihazların və avadanlıqların baxımı;
Analiz nəticələrinin işlənilməsi;
Təlimat, plan və formaların hazırlanması.
İş qrafiki: Bazar ertəsi – Cümə günləri, 09:00–18:00
Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini və Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra işlə təmin ediləcək. Əmək haqqı NET 950 AZN nəzərdə tutulmuşdur (6 aylıq təlim və sınaq müddətində əmək haqqının 50%-i ödənilir).
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Virusoloq” qeydini edərək laboratory@foodcity.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.