Vəzifə Öhdəlikləri:
Rəhbərin gündəlik iş qrafikinin planlaşdırılması və koordinasiyası
Görüşlərin, iclasların və səfərlərin təşkili, vaxt və məkan üzrə uyğunlaşdırılması
Telefon zənglərinin, elektron məktubların və yazışmaların idarə olunması
Daxil olan və çıxan sənədlərin hazırlanması, qeydiyyatı və nəzarətdə saxlanılması
Rəhbərlik üçün hesabatların, təqdimatların və rəsmi yazıların hazırlanması
Daxili şöbələr və xarici tərəfdaşlarla operativ əlaqənin təmin edilməsi
Məlumatların məxfiliyinin qorunması və etik qaydalara riayət edilməsi
Rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icrasının təmin olunması
İclas protokollarının hazırlanması və icrasına nəzarət
Ofis daxili inzibati proseslərdə dəstək göstərilməsi
Vəzifə üzrə tələblər:
Ali təhsil
Bu sahədə təcrübə: 3 il +
Ofis texnikası ilə işləmə bacarığı və yüksək səviyyədə kompyuter bilikləri mütləqdir (microsoft office və s.)
Proqram təminatı istifadə bacarığı (Zoom; MSOutlook və s).
İngilis dili və Rus dili biliyi (əla), Azərbaycan dili (yaxşı) səviyyədə olmalı
Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı
Operativlik, diqqətlilik və məsuliyyətlilik
Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət
Stressə davamlılıq və eyni vaxtda bir neçə tapşırığın icrası bacarığı
Güclü ünsiyyət və koordinasiya qabiliyyəti
Səliqəli görünüş və peşəkar davranış
İş şəraiti:
Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: Müsahibə əsaəsnda müəyyən edilir
İş saatı : 09.30-18.00
İş qrafiki: Həftə içi 5 gün
Mobil nömrə şirkət tərədindən təmin edilir
Müraciət etmək istəyən namizədlərdən CV-ni göstərilən email ünvanına göndərməkləri xahiş olunur.Vakansiyanın şərtlərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcəklər.