Evfemiya MMC (Karaca mağazalar şəbəkəsi)
Şirkətimiz mətbəx, ev əşyaları və home məhsulların pərakəndə satışını həyata keçirən mağaza şəbəkəsidir. Komandamıza malların daşınması və paylanmasını həyata keçirə bilən, anbarda işləməyə və fiziki işlər görməyə hazır fəhlə axtarılır.
Vəzifə öhdəlikləri:
Malları anbara qəbul edərkən yüklərin faktiki miqdarını və məhsulun vəziyyətini yoxlamaq
Malların anbara qəbulu, yerləşdirilməsi və boşaldılması prosesini həyata keçirmək
Məhsulların anbarda qaydalara uyğun və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək
Qaimə və hesab-fakturalar əsasında anbardakı əməliyyatları icra etmək
Malların anbarda müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək
Anbar işinin təşkilini təmin etmək və malların giriş-çıxışına nəzarət mexanizmini qurmaq
Mağazada satış prosesində iştirak etmək (satışdan əlavə olaraq 1% bonus verilir)
İş barədə məlumat:
İş saatı: 11:00 – 20:00
İş qrafiki: Həftədə 6 iş günü, 1 istirahət günü
Əmək haqqı: 750 AZN rəsmi əməkhaqqı
Hər ay əlavə olaraq 150 AZN bonus
Əlavə olaraq satışdan bonus verilir