Şirkətlərə Qayıt
Esim Pro MMC

Esim Pro MMC

9

Açıq Vakansiyalar

Haqqında

Esim Pro MMC Azərbaycanda fəaliyyət göstərən və əsasən rəqəmsal texnologiyalar, telekommunikasiya və eSIM həlləri sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət istifadəçilərə mobil rabitə xidmətlərini daha rahat və çevik şəkildə təqdim etmək məqsədilə innovativ eSIM texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin inkişafı istiqamətində fəaliyyət göstərir.

Şirkət fəaliyyətində innovasiya, sürətli xidmət və istifadəçi rahatlığı prinsiplərini əsas tutur. Esim Pro MMC müasir telekommunikasiya həlləri, rəqəmsal inteqrasiya və texnoloji yeniliklər vasitəsilə həm fərdi, həm də korporativ müştərilər üçün daha əlçatan və effektiv xidmət ekosistemi formalaşdırmağı hədəfləyir.

Bütün Vakansiyalar

9 iş elanı

Esim Pro MMC

Head of Corporate Sales – Travel & Telecom

Esim Pro MMC

Tam Ştat
Menecer

VAKANSİYA — HEAD OF CORPORATE SALES (Travel & Telecom Partnerships / eSIM) ESIM PRO MMC ESIM PRO Azərbaycanın sürətlə böyüyən beynəlxalq eSIM platformasıdır. Şirkət korporativ satış və strateji partnyorluqlar istiqamətində travel sektorunda yüksək əlaqələrə malik, nəticəyönümlü və güclü rəhbərlik bacarığı olan peşəkar axtarır. ƏSAS TƏLƏB Namizədin travel sənayesində güclü əlaqələrinin olması mütləqdir: Turizm agentlikləri Tur operatorlar Corporate travel şirkətləri Avia partnyorlar Premium travel şəbəkələri Bu vəzifə yalnız satış deyil — strateji partnyorluqların qurulması və bazarın inkişafı üçün nəzərdə tutulub. Vacib qeyd: Travel sektorunda aktiv əlaqələri və korporativ satış sahəsində real təcrübəsi olmayan namizədlərdən müraciət etməmələri xahiş olunur. Yalnız tələblərə uyğun və yüksək səviyyəli namizədlərlə əlaqə saxlanılacaq. İş yeri: Bakı İş qrafiki: Tam iş günü CV göndərilməsi: support@esimpro.az İş haqqında Telekom, mobil rabitə, SIM/eSIM və ya travel sektorunda minimum 5 il yüksək səviyyəli təcrübə Korporativ satış sahəsində rəhbər vəzifədə işləmə təcrübəsi Güclü B2B satış və negotiation bacarıqları Böyük korporativ müqavilələrin idarə olunması təcrübəsi Travel bazarında aktiv biznes əlaqələri və real network Satış strategiyası qurmaq və komanda idarə etmək bacarığı Azərbaycan və rus dillərində sərbəst ünsiyyət İngilis dili üstünlükdür.

Esim Pro MMC

Full-Stack Developer (React Native + Next.js)

Esim Pro MMC

Tam Ştat
Yüksək Səviyyə

Vəzifə: Senior / Middle Full-Stack Developer (React Native + Next.js) Şirkət haqqında: Biz beynəlxalq bazar üçün nəzərdə tutulmuş mobil tətbiq (React Native) və veb platforma (Next.js) üzərində çalışan, sürətlə inkişaf edən rəqəmsal layihəyik. Məqsədimiz yüksək performanslı, təhlükəsiz və istifadəçi yönümlü məhsul təqdim etməkdir. İş şəraiti: İş yeri: Ofisdən (remote yoxdur) İş qrafiki: həftədə 6 gün, saat 10:00 dan– 18:00 dək.  Uzunmüddətli əməkdaşlıq və inkişaf imkanı. Əlavə tələblər: Portfolio mütləqdir (GitHub və ya real layihələr), ingilis dili biliyi mütləqdir. Müraciət: Maraqlanan namizədlər CV və portfolio linklərini təqdim edə bilərlər. Zəhmət olmasa yalnız real layihə təcrübəsi olan namizədlər müraciət etsin. İş haqqında React.js və Next.js üzrə real layihə təcrübəsi, SSR və SEO optimizasiya bilikləri, HTML, CSS və responsive design anlayışı (Tailwind/SCSS üstünlükdür), React Native ilə mobil tətbiq hazırlama təcrübəsi, Android və iOS build, publish və update proseslərini bilməsi, Node.js (Express və ya NestJS) ilə işləmə təcrübəsi, REST API-lərin qurulması və idarə olunması, authentication və authorization (JWT, OAuth) bilikləri, MongoDB və ya PostgreSQL ilə işləmə təcrübəsi və database optimizasiya bacarığı. Security bilikləri (mütləqdir): Web və API təhlükəsizlik prinsipləri, XSS, CSRF, SQL Injection və digər risklərin qarşısının alınması, HTTPS, SSL və server təhlükəsizliyi anlayışı, istifadəçi məlumatlarının qorunması və təhlükəsiz login/payment sistemlərinin qurulması. DevOps və əlavə biliklər: Vercel və ya digər deployment platformaları ilə işləmə, Git (GitHub/GitLab), CI/CD anlayışı, domain və hosting idarəetməsi, Cloudflare və CDN istifadəsi. Üstünlük hesab olunur: Firebase ilə işləmə təcrübəsi, ödəniş sistemləri (Stripe və s.) ilə iş, yüksək trafikli layihələrdə təcrübə, UI/UX anlayışı. Şəxsi keyfiyyətlər: Müstəqil işləmə və texniki qərarları özü vermə bacarığı, məsuliyyətli və nəticəyönümlü yanaşma, problem həll etmə qabiliyyəti, yeni texnologiyaları tez öyrənmə bacarığı.