EduRobot / TIM komandası üçün Ofis meneceri / Resepsion axtarırıq. Ofisimiz həm IT layihələri, həm də təlim mərkəzi kimi fəaliyyət göstərir. Bu səbəbdən ünsiyyət və təşkilatçılıq bacarığı yüksək olan namizəd axtarırıq.
Biz nə təklif edirik:
Stabil və vaxtında ödənilən maaş
Rahat və peşəkar iş mühiti (komanda işi, dinamik mühit)
Uzunmüddətli əməkdaşlıq və inkişaf imkanı
Real layihələr və təlim prosesində təcrübə qazanmaq imkanı
Müraciət üçün:
Namizədlərdən xahiş olunur CV-lərini email ünvanına və ya WhatsApp nömrəsinə göndərsinlər.
İş haqqında
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus dili üstünlükdür)
Səliqəli xarici görünüş, nəzakətli davranış və güclü ünsiyyət bacarığı
MS Office (Word, Excel) və ya Google Docs, Sheets ilə işləmə bacarığı
WhatsApp Business, email və sosial şəbəkə mesajları ilə işləmə vərdişi
Məsuliyyətli, punktual, operativ və stresə davamlı olmaq
Komandada işləmək və eyni anda bir neçə işi idarə etmək bacarığı
Təhsil sahəsi və ya təlim mərkəzi üzrə təcrübə üstünlükdür (şərt deyil).