Product Owner / Texniki Layihə Meneceri (Data Platformaları və AI)
Data platforması layihələrinin tam həyat dövrünə sahib olmaq (tələbdən production-a qədər)
Biznes tərəflər, daxili data komandaları və xarici proqram təminatı tərəfdaşları arasında körpü rolunu oynamaq
Frontend və tətbiq inkişafı ilə məşğul olan tərəfdaş komandalarla koordinasiya etmək, eyni zamanda data layer və backend hissəsinə sahiblik etmək
Biznes proseslərini strukturlaşdıraraq texniki həllərə çevirmək (API-lər, data modelləri, workflow-lar)
Product backlog-un idarə olunması, prioritetləndirmə və roadmap-in formalaşdırılması
Data workflow-ların (ETL/ELT, orkestrasiya, hesabat pipeline-ları) qurulmasına rəhbərlik etmək
Frontend davranışı, API-lər və data layer loqikasının uyğunluğunu təmin etmək
Tətbiq qatı ilə data backend arasında inteqrasiya kontraktlarını müəyyən etmək və idarə etmək
Korporativ və dövlət müştəriləri ilə müzakirələr aparmaq