Əməliyyat şöbəsi üzrə operator
Əməliyyat şöbəsi üzrə operatorun vəzifə öhdəlikləri:
Yüklərin və poçtun anbara qəbulu, saxlanılması və təhvil verilməsini təmin etmək;
İdxal anbarına yüklərin təhvil alınması;
Yüklərin xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
Yükün çatdırılması barədə “Anbar” proqramı vasitəsilə müvafiq qeydiyyat aparmaq;
Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə faktiki göstəriciləri tutuşdurmaq;
Yüklərin qablaşdırılmasına nəzarət etmək;
Yükdaşıyanların və mexanizasiya vasitələrinin anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək;
Xüsusi avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən təhlükəsizlik və xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
Sənədləşmə çatışmazlığı, çəki və yer uyğunsuzluğu, qablaşdırma zədələnməsi və yük nasazlığı hallarında aktların tərtibində iştirak etmək;
Təhlükəli yüklərin qəbulu zamanı müvafiq qurumların (təhlükəli yüklər üzrə inspektor, sanitar-karantin xidməti) prosesə cəlb edilməsini təmin etmək;
Təhlükəli yüklərin xüsusi şəraitə malik anbara yerləşdirilməsinə nəzarət etmək;
Çatdırılmamış yüklərin idxal anbarına qəbulu və gündəlik kompüter qeydiyyatını aparmaq;
İdxal və gömrük anbarında saxlanılan yüklər üzrə gündəlik məlumatların yenilənməsi;
Gömrük anbarından çıxarılan yüklər üzrə kompüter vasitəsilə müvafiq qeydiyyat aparmaq;
Qəbul edilmiş yüklər barədə müştəri xidmətləri şöbəsinə məlumat vermək.