Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
Gömrük təmsilçisi vəzifəsi üzrə işə qəbul olunan namizəd idxal və ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosesində şirkəti və müştəriləri təmsil edəcəkdir
Namizəd gömrük orqanları ilə operativ əlaqənin qurulması, sənədlərin düzgün və vaxtında hazırlanması, müştərilərlə peşəkar ünsiyyətin təmin olunması və gömrük prosedurlarının qanunvericiliyə uyğun şəkildə icrası üzrə fəaliyyət göstərəcəkdir
Vəzifə öhdəliklərinə gömrük bəyannamələrinin hazırlanması, müşayiətedici sənədlərin yoxlanılması və sistemləşdirilməsi, daxili hesabatların aparılması, müştərilərin sorğularının cavablandırılması, eləcə də şirkət daxilində müəyyən edilmiş nizam-intizam və korporativ mədəniyyət qaydalarına riayət edilməsi daxildir.
İş haqqında
Xarici dil bilikləri (rus və/və ya ingilis dili üstünlükdür)
Gömrük təmsilçiliyi sahəsində iş təcrübəsi
Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulmuşdur.