“Comfort Holiday Travel” komandamıza Outgoing Manager axtarırıq!
Xarici turların satışı üzrə Outgoing Manager vakansiyası üçün müraciətlər açıqdır.
Şirkət haqqında
Comfort Holiday Travel — turizm sahəsində etibarlı, yenilikçi və müştəri yönümlü fəaliyyət göstərən şirkətdir. Məqsədimiz səyahəti hər kəs üçün daha rahat, professional və əlçatan etməkdir.
Axtardığımız ideal namizəd:
Ünsiyyətdə sərbəst və özünə güvənən
Satış prosesində təşəbbüskar
Operativ və diqqətli
Komanda ruhuna uyğun
Sürətli qərar vermə bacarığına malik
Biz nə təklif edirik?
Dinamik və pozitiv komanda
Müasir və rahat iş şəraiti
Aylıq və illik satış nəticələrinə əsaslanan bonus sistemi
Karyera inkişafı üçün real imkanlar
Səyahət etmək və turizm sahəsində təcrübəni genişləndirmək şansı
İş rejimi:
Həftə içi: 10:00 – 19:00
Şənbə: 10:00 – 17:00
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
İş haqqında
Ali təhsil
Azərbaycan dili yüksək səviyyədə (İngilis dili mütləq deyil, amma rus dili bilən namizədlərə üstünlük veriləcək.)
Məsuliyyətli, öyrənməyə açıq və ünsiyyətcil olmaq
Yaş həddi: 20–35.