Müştəri xidmətləri üzrə mütəxəssis
Vəzifə tələbləri:
Azərbaycan, rus dili mütləqdir
Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
Oxşar işdə ən azı 3-6 ay təcrübə arzuolunandır.
Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
Yaş həddi: 20-40
Xanım və bəy namizədlər
Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı
Vəzifə öhdəlikləri:
Məlumat mərkəzinə müxtəlif mənbələrdən, sosial şəbəkələrdən daxil olan zənglərin və müraciətlərin cavablandırılması;
Gün ərzində daxil olan zənglərin, müraciətlərin qeydiyyatının aparılması;
Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi;
Gələn zənglərin və müraciətlərin uyğun namizədə yönləndirilməsi;
Müştəri sorğularının qeyd edilməsi və müvafiq olaraq cavablandırılması;
Daxil olan müştəri şikayətlərinə baxılması, həll edilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi;
İş şəraiti:
İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
İş vaxtı: 10:00-19:00; şənbə günü 10:00-16:00
Ünvan Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251
Nahar vaxtı mövcuddur.
Əmək haqqı: 600 AZN
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.