Tarqovu ərazisində yerləşən kofe mağazası üçün xadimə vakansiyası elan olunur.
İşə məsuliyyətli, səliqəli və verilən tapşırıqlara ciddi yanaşan şəxslər dəvət olunur. Namizədlər işlərini vaxtında və vicdanla yerinə yetirməyi bacarmalıdırlar.
İşin təsviri:
Mağaza daxilində gündəlik təmizlik işlərinin aparılması
Tozlanan, çirklənən səthlərin silinməsi
Yuyulması və ya dezinfeksiya olunması tələb olunan yerlərin təmizlənməsi
İş şəraiti:
İş saatı: gündə 9 saat
Həftədə 1 gün istirahət
İş forması şirkət tərəfindən təmin olunur
Əməkhaqqı: başlanğıc olaraq 500 AZN
Ətraflı məlumat müsahibə zamanı təqdim ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.